Ekzit-pollara uyğun olaraq Emanuel Makron Fransa prezident seçkilərinin ikinci turunda 58,2 faizlə qalib gəlir
Fransada seçki məntəqələri bağlandı.
Səsvermə proseduru başa çatdıqdan sonra seçkilərin exit-pollunun nəticələri məlum oldu.
Ekzit-pollara uyğun olaraq Emanuel Makron Fransa prezident seçkilərinin ikinci turunda 58,2 faizlə qalib gəlir. Onun rəqibi, Marin Le Penin səslərin 41.8 faizi var.
Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da keçirildi. Namizədlərdən heç biri birinci turda 50 faiz səs toplaya bilmədi. Nəticədə, ən yaxşı nəticə göstərən iki namizəd, hazırkı prezident Emmanuel Makron və onun rəqibi, ultrasağçı Marin Le Pen arasında ikinci tur təyin olundu.