"Eksim Holding"in şurasının sədri - Gürcüstan gündəlik olaraq hüquqi çərçivəsini təkmilləşdirən ölkədir, bu investisiyaların həyata keçirilməsini asanlaşdırır
“İpək Yolu Forumu”nun “Gürcüstan – İnvestisiyaların kəsişmə nöqtəsi” panel sessiyasında “Eksim Holding”in şurasının sədri Ebubekir Tivnikli Gürcüstanın investisiya mühitini qiymətləndirib və yaradılan perspektivlərdən danışıb.
“Mən səmimi qəlbdən inanıram ki, bu forum bizim hər birimiz üçün yeni perspektivlər yaradacaq. Türkiyə ilə Gürcüstanın güclü mədəni əlaqələri var. Bu, gündəlik olaraq hüquqi çərçivəsini, qanunvericiliyini təkmilləşdirən ölkədir, bu isə investisiyaların həyata keçirilməsini asanlaşdırır. Biz Gürcüstanda su elektrik stansiyaları ilə başladıq və günəş enerjisi istehsalı sahəsinə keçdik. Biz Gürcüstana güvənirik. Ölkənin bərpa olunan enerji baxımından işləməsi çox yaxşıdır və bu, Gürcüstan iqtisadiyyatının daha dayanıqlı olması üçün vacibdir” – “Eksim Holding”in şurasının sədri qeyd edib.
O, investorların makroiqtisadi sabitliyə, ölkədə mövcud insan kapitalına və beynəlxalq maliyyə institutları ilə inteqrasiyaya baxdığını və Gürcüstan hökumətinin verdiyi təminatların əlaqələrin daha da dərinləşməsinə kömək etdiyini bildirib.
Məlumatı İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi yayır.