Ekrem İmamoğlu – Heç bir qüvvə həmrəyliyə və ümidə qarşı dura bilməz, biz övladlarımız, ədalət və daha yaxşı gələcək üçün mübarizə aparırıq
Heç bir qüvvə həmrəyliyə və ümidə qarşı dura bilməz – bu haqda İstanbulun saxlanılan meri Ekrem İmamoğlunun X sosial şəbəkəsindəki səhifəsində yayılan bəyanatda deyilir.
“Heç bir qüvvə həmrəyliyə və ümidə qarşı dura bilməz. Biz övladlarımız, hüquqlar, qanun, ədalət və daha yaxşı gələcək üçün mübarizə aparırıq” – İmamoğlunun bəyanatında deyilir.
Həmçinin, İstanbulun meri tərəfdarlarının nümayişlərinə münasibət bildirib.
“Keçən gecə yüzlərlə İstanbullu Türkiyədə ədalət və demokratiya tələbi ilə yığışdı. Daha yaxşı gələcək üçün ortaq güclü arzu ilə birləşən bir millət dayandırıla bilməz” – İstanbulun merinin bəyanatında qeyd olunub.
Məlumat üçün bildirək ki, prezident Ərdoğanın əsas siyasi rəqibi hesab edilən İstanbulun meri Ekrem İmamoğlu martın 19-u səhər saatlarında evində saxlanılıb. Onun barəsində iki iş üzrə istintaq aparılır. Ekrem İmamoğlu korrupsiyada və terror qruplaşmasına dəstək verməkdə ittiham olunur. İstintaq çərçivəsində ümumilikdə 100-dən çox insan saxlanılıb.
İmamoğlunun saxlanılmasından sonra İstanbul və Ankarada etiraz çıxışları başlayıb. Həbsindən bir gün əvvəl İstanbul Universiteti əsas müxalifət partiyası, “Cümhuriyyət Xalq Partiyası”nın lideri Ekrem İmamoğlunun diplomunu ləğv etdi, bu səbəbdən o, prezident seçkilərində artıq iştirak edə bilməyəcək.