Ekaterine Tikaradze - Yataq fondu ilə bağlı vəziyyət olduqca çətindir

Yataq fondu ilə bağlı vəziyyət olduqca çətindir, – Koordinasiya Şurasının iclasından sonra Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze bildirib.

Ekaterine Tikaradzenin qeyd etdiyi kimi, yataq fondu xəstələrlə tam dolub.

“Bilirsiniz ki, xəstəxana sektorunda xəstələri aktiv şəkildə idarə etmək üçün bir çox üsuldan istifadə edəcəyik. Qeyd etmək vacibdir ki, bu günə qədər heç bir xəstə xəstəxanaya yerləşdirilməmiş şəkildə qalmayıb, klinik olaraq stasionar müalicəyə ehtiyacı olan xəstələri nəzərdə tuturam. Bu gün 52 mindən çox aktiv hal var və əsas hissəsi evdə ailə həkimləri tərəfindən idarə olunur, təxminən 3500 nəfər mehmanxana sektorunda, qalanları xəstəxanalarda müalicə olunur. Xəstəxanalardakı xəstələrin vəziyyəti diqqətəlayiqdir, çünki 1500 -dən çox xəstə intensiv yataq, 500 xəstə isə reanimasiya şöbəsində müalicə olunur “, – dedi Tikaradze.