Ekaterine Tikaradze - səhiyyə sistemi virusun yayılmasının istənilən miqdar və dalğasına hazırdır
Ekaterine Tikaradze - səhiyyə sistemi virusun yayılmasının istənilən miqdar və dalğasına hazırdır

Səhiyyə sistemimiz və Gürcüstan hökuməti virusun yayılmasının istənilən miqdar və dalğasına hazırdır, – bu barədə Gürcüstan Səhiyyə naziri, Ekaterine Tikaradze bəyan etdi.

Ekaterine Tikaradzenin bəyan etdiyinə görə, Gürcüstanda 14 iyuldan sonra daxili yoluxma faktı olmayıb.

“Qeyri sabit statistika virusun yayılması dövründə adi hadisədir, virus irəlcədən razılaşdırmır. Səhiyyə sistemimiz və Gürcüstan hökuməti virusun yayılmasının istənilən miqdar və dalğasına hazırdır. Virusa yoluxanlar əsasən karantin məkanındandırlar. Bundan irəli gələrək, hesab edirəm ki, statsitika həyacana səbəb olmamalıdır”, – Tikaradze qeyd etdi.

Elə onun dediyinə görə, qərar qəbul edilibdir, üzgüçülük hovuzları və fitnes salonları açılacaq.