Ekaterine Tikaradze - "omikronun" aşkar edildiyi təqdirdə, klinik sektor müalicə, eləcə də yataq fondu baxımından mövcud qaydlaynlara uyğun olaraq hazırdır
Ekaterine Tikaradze - "omikronun" aşkar edildiyi təqdirdə, klinik sektor müalicə, eləcə də yataq fondu baxımından mövcud qaydlaynlara uyğun olaraq hazırdır

“Omikronun” aşkar edildiyi təqdirdə, klinik sektor müalicə, eləcə də yataq fondu baxımından mövcud qaydlaynlara uyğun olaraq hazırdır, – bu barədə jurnalistlərə Gürcüstanın Səhiyyə naziri Ekaterine Tikaradze bəyan etdi.

Bununla yanaşı, Ekaterine Tikaradzeyə q0 şübhəli hal barəsində sual verdilər və nazir cavab olaraq bəyan etdi ki, hələ Luqar Laboratoriyasından cacavb gözləyirlər.

“Biz Luqarın cavabını gözləyirik. Önəmlidir ki, dəlillərə əsaslanaraq gözləyək, ölkədə “omikron” var ya yox. Bundan irəli gələrək, sözsüz ki, “omikronun” təsdiq olunduğu ölkələrin təcrübəsi olduğu tədbirlərə müraciət edəcəyik. Kliniki sektora gəldikdə, sektor müalicə, eləcə də yataq fondu baxımından mövcud qaydlaynlara uyğun olaraq hazırdır”, – Tikaradze bəyan etdi.

Elə onun sözlərinə görə, pandemiyanın başlanğıcında səhiyyə sistemi kifayət qədər çətin vəziyyətdə idi, çünki lazımi hazırlıq yox idi.

“Kifayət qədər çətin dövrü keçdik. Bu günki günü demək olar, pandemiyanın idarəsi avtomatik rejimdədir. Çünki vətəndaşın sağlamlığının qayğısına qalmalı olan bütün dairələr effektli işləyir. Təcili sistem də qurulubdur, zənglər yubadılmır və bundan irəli gələrək hesab edirəm ki, fəaliyyət göstərən sistem daha da çətin vəziyyətin qarşısından gələcək”, – Tikaradze qeyd etdi.