Ekaterine Tikaradze - klinikalara maliyyə hesablaşması sistemi və müddətləri tənzimlənib, 2021-ci ilin sonu üçün borclar minimuma qədər azaldılıb
Ekaterine Tikaradze - klinikalara maliyyə hesablaşması sistemi və müddətləri tənzimlənib, 2021-ci ilin sonu üçün borclar minimuma qədər azaldılıb

Klinikalara maliyyə hesablaşması sistemi və müddətləri tənzimlənib, – bu barədə jurnalistlərə Gürcüstanın Səhiyyə naziri, Ekaterine Tikaradze bəyan etdi.

Tikradzenin bəyan etdiyinə görə, Əgər 2019-cu ilin sonunda klinikalara olan borc 400 milyon lariyə qədər idisə, 2021-ci ilin sonuna qədər bu borc minimuma endirilib və 180 milyon larini təşkil edir ki, bu da onun sözlərinə görə, düzgün menecmentin nəticəsidir.

“Məqsədimiz yüksək keyfiyyətli səhiyyə xidmətinə coğrafi və maliyyə əlçatanlığını yaxşılaşdırmaqdır ki, buna da mövcud resursların məqsədyönlü, konkret ehtiyacların əsaslı şəkildə bölüşdürülməsi və səhiyyə proqramlarının əngəllər olmadanhəyata keçirilməsi ilə nail olunur.

Tibbi xidmətlərə universal əlçatarlıq üçün maliyyənin artırılması, tarif siyasətinin həyata keçirilməsini davam etdirmək və bir sıra islahatların aparılması vacibdir”, – Ekaterine Tikaradze bəyan etdi.