Ekaterine Tikaradze - xroniki xəstəliklərin müalicəsi üçün dərman təminatı proqramı çərçivəsində dövlətin xərclədiyi məbləğ 2021-ci ildə 25 milyona çatdı
Ekaterine Tikaradze - xroniki xəstəliklərin müalicəsi üçün dərman təminatı proqramı çərçivəsində dövlətin xərclədiyi məbləğ 2021-ci ildə 25 milyona çatdı

Ümumxalq səhiyyə proqramında xroniki xəstəliklərin müalicəsi medikamentlərinin təmin edilməsi komponentinin tam inteqrasiyası həyata keçirildi, – bu barədə jurnalistlərə Gürcüstanın Səhiyyə naziri, Ekaterine Tikaradze bəyan etdi.

Onun açıqlamsına görə, elektron reseptlərin istifadəsilə, maliyyələşdirmənin yeni mexanizmi yaradıldı, medikamentlərin siyahısı və əlçataqlığı artdı.

“Bu gün xroniki xəstəlikləri olan insanların sayı 200 mindən artıqdır. Benefisiarlar üçün proqramdan istifadə daha əlçatan oldu və müvafiq olaraq 2021-ci ildə proqram çərçivəsində dövlət tərəfindən xərclənən məbləğ 25 milyona çatdı, 2019-cu ildə isə, cəmi yeddi milyon xərclənirdi”, – Tikaradze bəyan etdi.