Ekaterine Tikaradze - xahişlə müraciət edirəm "fayzerin" ikinci dozasına qeydiyyatı 24 iyul saat 12:00-a qədər həyata keçirəsiniz, başqa təqdirdə qeydiyyat ilk peyvənd olunduğunuz klinikada avtomatik olaraq ediləcək
Gürcüstan Səhiyyə naziri, əhaliyə xahişlə müraciət edir ki, “fayzerin” ikinci dozasına qeydiyyatı 24 iyul saat 12:00-a qədər həyata keçirəsilər, başqa təqdirdə qeydiyyat ilk peyvənd olundqları klinikada avtomatik olaraq ediləcək.
Bu barədə Gürcüstan Səhiyyə naziri idarələrarası koordinasiya şurasından sonra keçirilən mətbuat konfransında bəyan etdi.
Onun dediyinə göə, vətəndaşlara imkan verilir ki, sifarişi avtomatik aldıqdan sonra, biraz gec tarix və klinikanı dəyişsinlər.
“Bu gün artıq “fayzerin” ikinci dozasına qeydiyyat yeniləşdi. Onların imkanı olacaq ki, 37 klinikada 26 iyuldan 14 avqust da daxil olmaqla onlar üçzün arzu olunan tarixi səfariş etsinlər. Bilirsiniz ki, “fayzer” vaksinasiyanın ikinci dozasının alınması üzrə rekomendasiya 21 gündür.
Xahişlə müraciət edirəm “fayzerin” ikinci dozasına qeydiyyatı 24 iyul saat 12:00-a qədər həyata keçirəsiniz, başqa təqdirdə qeydiyyat ilk peyvənd olunduğunuz klinikada avtomatik olaraq ediləcək. Lakin sözsüz ki, vətəndaşlara imkan verilir ki, sifarişi avtomatik aldıqdan sonra, biraz gec tarix və klinikanı dəyişsinlər”, – Ekaterine Tikaradze əyan etdi.