Gürcüstan Səhiyyə naziri, Ekaterine Tikaradze Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfiri, Kelli Deqnan ilə görüşdü.
Səhiyyə Nazirliyinin məlumatına görə, nazir diplomatları koronavirusun prevensiyası tədbirləri ilə təfərrüatlı tanış etdi və ölkədə bu baxımından mövcud durum barəsində məlumat çatdırdı.
Kelli Deqnanın qeyd etdiyinə görə, Gürcüstan koronavirus ilə bağlı qlobal böhranın qarşısından çox yaxşı gəlir və ölkə bölgədə nümunəvidir.
Onun dediyinə görə, bir neçə ölkəyə səyahət etməli oldu və Gürcüstan, aeroportda nəzarət miqyası ilə həqiqətən fərqlənirdi.
Ekaterine Tikaradzenin bəyan etdiyinə görə, bölgənin səhiyyə nazirləri ilə onlayn konfrans planlaşdırılır.