Ekaterine Tikaradze - gizli dinləmə, yazılarla manipulasiya və falsifikasiya hamı üçün qəbuledilməz olmalıdır
Gizli dinləmə, yazılarla manipulasiya və falsifikasiya hamı üçün qəbuledilməz olmalıdır, – bu barədə Gürcüstan Səhiyyə naziri, Ekaterine Tikaradze bəyan etdi.
Tikaradze Bera İvanişvili ilə bağlı yayılan gizli yazılara əks səda verdi.
“İrakli Ğaribaşvili bu barədə özü şərh verəcək. Komandamızın bir çox nümayəndəsi şərh verdi. Sözsüz ki, mən də razılaşıram və hesab edirəm ki, gizli dinləmə, yazılarla manipulasiya və istənilən falsifikasiya hamı üçün qəbuledilməz olmalıdır”, – Tikaradze bəyan etdi.