Ekaterine Tikaradze - bu gündən Gürcüstan sərhədini keçən hər bir vətəndaş karantin zonasına yerləşdiriləcək
Ekaterine Tikaradze - bu gündən Gürcüstan sərhədini keçən hər bir vətəndaş karantin zonasına yerləşdiriləcək

Gürcüstan Səhiyyə naziri, Ekaterine Tikaradzenin bəyan etdiyinə görə, baş nazirdən tapşırıq aldılar ki, Sarpi, Larsi və Qırmızı Körpü sərhəd zonalarına karantin yerləri təşkil edilsin.

Ekaterine Tikaradzenin qeyd etdiyinə görə, quru sərhəddən vətandaşların daxil olması çox artdı.

“Cənab baş nazir ilə bu gün görüş keçirildi. Bu durumda önəmli olan bütün detalları bir daha müzakirə etdik. Sarpi, Larsi və Qırmızı Körpü sərhədindən vətəndaşların keçidi artdı. Baş nazirdən tapşırıq aldıq ki, qeyd olunan məntəqələrdə karantin yerləri təşkil edilsin. Bu gün həmçinin qərar qəbul olundu ki, sərhədi keçən hər bir şəxs mütləq karantin zonasına yerləşdirilsin”, – Ekaterine Tikaradze bəyan etdi.