Ekaterine Tikaradze - bizim üçün prioritetdir ki, pasiyent hospital sektorunda keçsin müalicədən, sahə hospitalların istifadəsi son çıxış olacaq
Ekaterine Tikaradze - bizim üçün prioritetdir ki, pasiyent hospital sektorunda keçsin müalicədən, sahə hospitalların istifadəsi son çıxış olacaq

Gürcüstan Səhiyyə naziri, Ekaterine Tikaradzenin bəyan etdiyinə görə, sahə hospitalı üçün resurs səfərbər olunub. Elə onun dediyinə görə, koronavirusa yoluxanlar üçün sahə hospitalların istifadəsi son çıxış olacaq.

Səhiyyə nazirinin qeyd etdiyinə görə, hər cür çalışacaqlar ki, vətətəndaşlar müalicədən hospital sektorunda keçsinlər.

“Sahə hospitalına və səfərbərliyə gəldikdə, biz hazırlığımızı bəyan etdik. Müvafiq resurs səfərbər olunub. Sözsüz ki, dəfələrlə bəyan edirik, resusrsun səfərnərliyində nə qədər çətinlik çəkirik. Həkimlərin müvafiq kvalifikasiyaları var, onlar hazırdılar ki, pasiyentə xidmət etsinlər. Bir daha təkrar edirəm, bu ən son çıxış olacaq, ən son nöqtə ki, biz sahə hospitalından istifadəe dəcəyik. Bizim üçün prioritetdir ki, pasiyent hospital sektorunda keçsin müalicədən. Maksimal olaraq çalışacağıq ki, bu mərhələdə hospital sektorunda qalaq”, – Tikaradze bəyan etdi.