Ekaterine Tikaradze bəyan edir ki, lazım olduğu təqdirdə sahə hospitalı Kaxetidə də təşkil ediləcək
Gürcüstan Səhiyyə naziri, Ekaterine Tikaradze bəyan edir ki, lazım olduğu təqdirdə sahə hospitalı Kaxetidə də təşkil ediləcək.
Nazirin bəyan etdiyinə görə, Tbilisi və Acaradan başqa, koronavirusun yayılmasının artan dalğası başqa bölgələrdə də gözlınilir. Epid-durum barəsində söhbət edərkən nazir bölgədə hospital sektorunun gücləndirilməsi əhəmiyyətinə diqqət yetirdi.
“İndi biz müzakirə edirik ki, Kaxetidə hospital sektoru epid-tədqiqatdan irəli gələn gözlənilən yükü nə qədər əbul etməyi bacaracaq. Lazım olduğu təqdirdə sözsüz ki, sahə hospitalı Kaxetidə də təşkil ediləcək, burada da vətəndaşlar lazım olan tibb yardımını alacaqlar”, – Tikaradze bəyan etdi.