Ekaterine Tikaradze – avtobuslarda təşkil olunmuş vaksinasiya məkanında vətəndaş təhlükəsiz xidmət alacaq, yerdindəcə hər cür tibb yardımı göstəriləcək
Gürcüstan Səhiyyə naziri, Ekaterine Tikaradzenin bəyan etdiyinə görə, avtobuslarda təşkil olunmuş vaksinasiya məkanında vətəndaş təhlükəsiz xidmət alacaq.
Elə onun dediyinə görə, lazım olduğu təqdirdə, vətəndaşa yerindəcə tibb yardımı göstəriləcək.
“Bu gün yeni layihəyə başladıq. Layihə avtobuslarda vaksinasiya mərkəzlərinin yerləşdirilməsini nəzərdə tutur. Bu da beynəlxalq təcrübədir. Avropada bir çox brendli avtobusla rvar ki, vətəndaşlar xidmət və vaksin alırlar. Biz qərar verdik ki, Tbilisidə ilk mərhələdə üç avtobusla başlayaq. Avtobusları Varketili, Qaldani və Stansiya Meydanında yerləşdirəcəyik. Ümumilikdə on avtobusun yerləşdirilməsi planlaşdırılıb. Onlar brendli avtobuslar olacaqlar, burada da vətəndaşlar təhlükəsiz, lazım olan xidməti alacaqlar. Lazım olduğu təqdirdə, vətəndaşa yerindəcə tibb yardımı göstəriləcək”, – Tikaradze bəyan etdi.