Ekaterine Quntsadze – “Fitch Ratings” tərəfindən Gürcüstanın suveren reytinq perspektivinin dəyişdirilməsi beynəlxalq ehtiyatların artması və cari hesabın defisitindəki azalma meyli ilə şərtlənib
Kredit-reytinq agentliyi “Fitch Ratings” tərəfindən Gürcüstanın suveren reytinq perspektivinin dəyişdirilməsi beynəlxalq ehtiyatların artması və cari hesabın defisitindəki azalma meyli kimi xarici sektor parametrlərinin yaxşılaşması ilə şərtlənib — maliyyə nazirinin müavini Ekaterine Quntsadze qeyd edib.
O, mövcud geosiyasi çağırışlar və yüksək enerji qiymətləri fonunda ölkənin iqtisadi və fiskal siyasətinin dayanıqlılığının hesabatda qeyd olunduğunu bildirib.
“Gürcüstan yüksək iqtisadi artım göstəricilərini qoruyub saxlamağa davam edir. Hesabatın proqnozlarına əsasən, ortamüddətli dövrdə Gürcüstanın eyni reytinqə malik ölkələrlə müqayisədə yüksək iqtisadi artımı qoruyub saxlayacağı gözlənilir, bu da 2023–2025-ci illərdə 8%-i aşıb. Həmçinin hesabatda defisit və borc göstəricisi kimi aşağı fiskal göstəricilər, o cümlədən xarici borcun əsasən investisiya layihələri üçün beynəlxalq maliyyə təşkilatlarından götürülmüş güzəştli kreditlərdən ibarət olması faktı vurğulanır. Pul-kredit siyasətinin və bank sektorunun dayanıqlılığı vurğulanıb, cari hesabın defisiti və ehtiyatlar kimi xarici sektor parametrlərinin yaxşılaşması qeyd olunub, Gürcüstanın kredit reytinqinin sonrakı yaxşılaşması üçün mühüm amil olacaq“ – Ekaterine Quntsadze bildirib.
Kredit-reytinq agentliyi “Fitch Ratings” Gürcüstanın suveren reytinqini qiymətləndirib və müxtəlif amilləri nəzərə almaqla perspektivi “sabit”dən “pozitiv”ə dəyişib, reytinqi isə yenidən dəyişməz olaraq “BB” səviyyəsində saxlayıb.