Eka Sepaşvili - Saakaşvilinin paylaşımı təsdiq edir ki, küçədəki etiraz xalq etirazı deyil, insanlar öz istəkləri ilə çıxmayıblar, onları təşkilatlandırırlar və güvənilir mənbələrin dediyinə görə onlar müəyyən fayda da əldə edirlər
Mixeil Saakaşvilinin paylaşımı təsdiq edir ki, küçədəki etiraz xalq etirazı deyil. Bu insanlar öz istəkləri ilə küçəyə çıxmayıblar – bu haqda “Xalqın Gücü”nün üzvü Eka Sepaşvili bildirib.
Sepaşvilinin sözlərinə əsasən, küçəyə çıxan insanları təşkilatlandırırlar və güvənilir mənbələrin dediyi kimi, bunun üçün müəyyən fayda da əldə edirlər.
“Saakaşvilinin paylaşımı məhz buna eyham etdi – geri buraxmaları və ya yerində qoymaları onlardan asılıdır. Saakaşvilinin paylaşımı etirazın onlar tərəfindən idarə olunduğuna və xarici maliyyənin də qarışdığı maliyyələşdirildiyinə dair ağızdan qaçırılan söz idi – Eka Sepaşvili qeyd edib.
Məlumat üçün bildirək ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili dekabrın 22-də sosial şəbəkədə aksiyalarla bağlı paylaşım edib və paylaşımda yazılıb : “Bu qədər insanı gətirib qələbəsiz geri buraxmaq səhvdir”. Daha sonra Mixeil Saakaşvili paylaşıma düzəliş edib və qeyd edib ki, aksiyalarla bağlı onun tapşırığı yanlış paylaşılıb.