Eka Beseliya - mənim istefamla, Ali Məhkəmənin hakimlərinin müddətsiz təyin edilməsinin əsassız prosesi dayandırıldı

Mənim istefa qərarımla, Ali Məhkəmənin hakimlərinin müddətsiz təyin edilməsinin həqiqətən əsassız prosesini dayandırdım, – bu barədə Parlamentin Hüquq Komitəsinin sədri, Eka Beseliya brifinqdə bəyan etdi.

Eka Beseliya vəzifəsini tərk etməsi səbəblərini açıqladı.

“Düşündükdən sonra, qərar qəbul etdim ki, Hüquq Komitəsinin sədri vəzifəsini tərk edim. Bu qərarımla dünən, Ali Məhkəmənin hakimlərinin müddətsiz təyin edilməsinin həqiqətən əsassız prosesini dayandırdım. Bu qərarı ona görə qəbul etdim, ictimaiyyətə imkan verilsin ki, şəffaf prossesi izləsin”, – Eka Beseliya bəyan etdi.

Onun dediyinə görə, işçi qrup yaradılmalıdır, Parlament və Komitə prosesi şəffaf, ədalətli və düzgün edən prossedurlarla işləməlidirlər.

Bununla yanaşı, Beseliya hesab edir ki, Ali Məhkəmənin hakimliyinə namizədlərin siyahısı dayandrılmalı deyil, geri götürülməlidir.

O, ümidvar olduğunu bildirdi ki, Parlament Hüquq Komitəsinin sədri vəzifəsinə layiqli namizəd təsdiq edəcək.