Eka Beseliya - baş prokurorun seçilməsinin formal prosesində iştirak etməyəcəm
Müstəqil deputat Eka Beseliyanın bəyan etdiyinə görə, Parlamentin Hüquq məsələləri üzrə Komitəsinin bu günki iclasında iştirak etməyəcək. Komitə iclasında baş prokurorluğa namizəd, İrakli Şotadzeni dinləməlidirlər.
Eka Beseliyanın Gürcüstanın Birinci Kanalına bildirdiyinə görə, nə də plenar iclasda seçilmə prosesində iştirak edəcək.
Beseliya hesab edir ki, baş prokurorun seçilməsi prosesini hakim partiya zədələdi və proses formal oldu.
Gürcüstan Parlamentinin Hüquq məsələləri üzrə Komitəsi iclasında baş prokurorluğa namizəd, İrakli Şotadzeni dinləyəcəklər. Parlamentə İrakli Şotadzenin namizədliyini Prokurorluq Şurası təqdim etdi. İrakli Şotadzenin namizədliyinin plenar iclasa səsverməyə cari həftə çıxarılması mümkündür. İrakli Şotadzeyə vəzifəyə seçilməsi üçün 76 deputatın dəstəyi lazım gələcək.
Prokurorluq Şurası gizli səsvermə nəticəsində Gürcüstan baş prokuroru namizədliyinə İrakli Şotadzeni 7 fevralda seçdi. Qanunvericiliyə əsasən, Parlament baş prokuroru altı il müddətinə seçir. Komitə iclası saat 14:00 radələrinə təyin edilib.