Eka Beselia - Qadın siyasətçilər daha tez-tez hücuma məruz qalırlar
Siyasətçilərə qarşı ciddi arqumentlər tapılmayan zaman, qadın siyasətçilər hücuma və aqressiyaya daha tez-tez məruz qalırlar, – bu bəyanatı parlamentin hüquqi məslələr üzrə komitəsinin sədri Eka Beselia, “Avropalı Gürcüstan” nümayəndələri tərəfindən Tea Tsulukianiyə qarşı edilən tənqidləri şərhləndirərkən verdi.
“Bu personal hücümun hansı səviyyəyə çatdığına baxdıqca, anlayıram ki, qadın siyasətçiləri daha tez-tez aqressiyaya və hücuma məruz qalırlar. Belə mövzuları vurğulamaq istəməzdim, ancaq son zamanlar həqiqətən belə bir hissim yarandı” – dedi Eka Beselia.