Eçmiədzində II Qareginin, altı arxiyepiskopun və bir yepiskopun məhkəmə prosesi keçirilir

17:05, 07.08.2026

Eçmiədzində bütün ermənilərin katolikosu II Qareginin, altı arxiyepiskopun və bir yepiskopun məhkəmə prosesi başlayıb.
İşə Armavir Regional Birinci İnstansiya Ümumi Məhkəməsinin hakimi Hakob Manukyan baxır.
Məhkəmə binası qarşısında siyasi qüvvələrin nümayəndələri, din xadimləri və vətəndaşlar toplaşıblar.
Təqsirləndirilən şəxslər arasında arxiyepiskop Natan Hovhannisyan, arxiyepiskop Haykazun Nacaryan, yepiskop Muşeğ Babayan, yepiskop Lvnan Hakopyan, yepiskop Makar Hakopyan və yepiskop Vahan Hovhannisyan da var.
Bütün ermənilərin katolikosu II Qaregin Ali Ruhani Şuranın sədri kimi vəzifə səlahiyyətlərindən istifadə edərək məhkəmənin digər qərarının – “iddianın təmin olunması üçün müvəqqəti tədbirlərin tətbiqi haqqında vəsatətin təmin edilməsi” qərarının icrasına mane olmaqda ittiham olunur.
İstintaqın qənaətinə görə, II Qareginin Masyatsotn yeparxiyasının keçmiş rəhbəri Arman Volodiya Saroyanı vəzifədən kənarlaşdırılmış yepiskop kimi tanıması həmin məhkəmə qərarının icrasına maneə hesab edilib.

Oxşar