İşğal olunmuş Abxaziyanın şərq hissəsində pilotsuz uçuş aparatının fraqmentləri aşkar edilib.
Bu barədə “Echo Kavkaza” məlumat yayıb.
Xüsusilə, dron fraqmentləri Ochamçirədə tapılıb.
Medianın yazdığına görə, pilotsuz uçuş aparatı elektrik ötürücü xəttə dəyib və bu, zədələnməyə səbəb olub. Hadisə yerində xüsusi qrup işləyib və nəticədə Ochamçirədə elektrik enerjisinin verilişi bərpa olunub.
Eyni zamanda, “Echo Kavkaza”nın məlumatına görə, Qagra, Yeni Aton və Gulripsdə sakinlər pilotsuz uçuş aparatının fraqmentlərini tapdıqlarını bildiriblər, lakin yerinə gələn xilasedici qrup fraqmentləri aşkar edə bilməyib.
Medianın məlumatına görə, işğal olunmuş “müdafiə nazirliyi” vətəndaşlara sakitliyi qorumağı və dronun və ya onun fraqmentlərinin düşdüyü yerləri aşkar etdikdə onlara yaxınlaşmamağı, dərhal müvafiq orqanlara məlumat verməyi tövsiyə edib.