Əfqanıstanın Kunduz şəhərində törədilən partlayış nəticəsində 33 nəfər həlak olub

22:12, 22.04.2022

Əfqanıstanın Kunduz şəhərində törədilən partlayış nəticəsində 33 nəfər ölüb. Məlumatı Reuters agentliyi yayıb.

Partlayış Əfqanıstanın şimalındakı Kunduz şəhərində sünni məscidinin qarşısında baş verib. Son məlumata görə, azı 33 nəfər ölüb, 43 nəfər yaralanıb.

Taliban administrasiyasının sözçüsü Zabiullah Mücahid deyib ki, hadisənin təşkilatçıları “şər ünsürləridir və onların həbsi və cəzalandırılması üçün əhəmiyyətli səylər göstərilir”.

Hücuma görə məsuliyyəti heç bir terror qruplaşması üzərinə götürməyib.

Oxşar