Əfqanıstan hakimiyyəti bildirir ki, Pakistanın hava zərbələri nəticəsində ölkənin şimal-şərqində azı üç nəfər həlak olub
Pakistanın hava zərbələri nəticəsində Əfqanıstanın şimal-şərqində azı üç nəfər həlak olub. Bu barədə media Əfqanıstanın rəsmi şəxslərinə istinadən məlumat yayıb. Zərbələr Kunar və Paktika əyalətlərinə endirilib.
Tərəflər atəş açmaqda bir-birini ittiham edir.
Kunar əyalətində yaşayış evlərindən biri bombalanıb. Nəticədə bir ailənin üç üzvü həlak olub, dörd nəfər isə yaralanıb. Paktikanın Barmal rayonunda iki obyekt bombalanıb. Mağaza və tərk edilmiş ev dağılıb, lakin ölən və yaralanan olmayıb.
Qeyd edək ki, Əfqanıstan-Pakistan sərhədində bu il bir neçə dəfə toqquşmalar baş verib. Ölkələr arasında münasibətlər xüsusilə fevral ayında gərginləşib. Həmin vaxt tərəflər arasında son illərin ən genişmiqyaslı hücumları baş verib.