Edi Rama – Dialoq istəyənlər üçün, harada və nə vaxt istəsələr, mən hökumətlə birlikdə əlçatanam

20:25, 20.10.2026

 

Dialoq istəyənlər üçün, harada və nə vaxt istəsələr, mən hökumətlə birlikdə əlçatanam – bu barədə Albaniyanın Baş naziri açıqlayıb.

Edi Rama öz ofisinin qarşısına üzərində “Dialoq” yazılmış oturacaqlar yerləşdirib. O, həmçinin qeyd edib ki, zorakılıqda iştirak edən şəxslərlə dialoq aparmayacaq.

“Məmnuniyyətlə qarşılamayacağımız yeganə şəxslər zorakılıq törədənlər və zorakılıqdan məsafə saxlamayanlardır” – Edi Rama deyib.

Məlumat üçün bildirək ki, Albaniyada artıq bir neçə gündür tələbə aksiyaları keçirilir. Bu, etirazçılar və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurmaya da səbəb olub. Aksiyalar ilkin olaraq universitetlərdəki şərait və ali təhsil xərcləri ilə bağlı olub.

Oxşar