Ed Miliband – Britaniya hökuməti İordan çayının Qərb sahilində fələstinlilərin etnik təmizlənməsinin yerli terrorçular tərəfindən həyata keçirildiyi ilə razıdır
“Britaniya hökuməti İordan çayının Qərb sahilində fələstinlilərin etnik təmizlənməsinin yerli terrorçular tərəfindən həyata keçirildiyi ilə razıdır”. Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband bildirib.
“Sky News”un məlumatına görə, britaniyalı yüksəkvəzifəli şəxs çıxışı zamanı bildirib ki, belə vəziyyətlərdə İsrail hökuməti reaksiya vermir.
Ed Miliband İsrail vətəndaşlarına müraciət edərək qeyd edib ki, son dörd ildə israillilərin yaşayış məntəqələri son 20 ildə olduğundan daha çox salınıb.
“İsrail hökuməti çox vaxt buna göz yumur. Daha da pisi odur ki, onun üzvləri fələstinlilərin məcburi köçürülməsini dəstəkləyən bəyanatlar verir və qərarlar qəbul edirlər”, – deyə Ed Miliband qeyd edib.
Böyük Britaniyanın xarici işlər naziri həmçinin bildirib ki, iradlar İsrail xalqına deyil, İsrail hökumətinə yönəlib.
Ed Miliband həmçinin qeyd edib ki, BMT etnik təmizləməni “bir etnik və ya dini qrupun digər etnik və ya dini qrupun mülki əhalisini müəyyən coğrafi ərazilərdən zorakı və terror vasitələri ilə çıxarmaq məqsədilə hazırlanmış məqsədyönlü siyasət” kimi izah edir.