“EBRD” 2026-cı ildə Gürcüstanın iqtisadi artım proqnozunu 6.5 faizədək yaxşılaşdırıb

18:12, 24.09.2026

 

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Gürcüstanın iqtisadi artım proqnozunu artırıb.

Beynəlxalq maliyyə institutunun yenilənmiş proqnozuna əsasən, Gürcüstanın real ümumi daxili məhsulu 2026-cı ildə 6.5%, 2027-ci ildə isə 5.5% artacaq.

Bankın iyun ayında dərc etdiyi son proqnozla müqayisədə hər iki ilin qiymətləndirilməsi 0.5 faiz bəndi yaxşılaşıb.

“İlin birinci yarısında artım geniş xarakter daşıyırdı, informasiya və kommunikasiya xidmətləri, emal sənayesi, nəqliyyat və anbar təsərrüfatı, eləcə də maliyyə və sığorta fəaliyyəti buna mühüm töhfə verib. Bununla yanaşı, turizmdən əldə olunan gəlir illik ifadədə 2.0% azalıb. Malların ixrac artımı təxminən 20% təşkil edib, bu da idxalın 2.3%-lik artımını əhəmiyyətli dərəcədə üstələyib” – “EBRD”nin hesabatında yazılıb.

Oxşar