"EasyJet" aviaşirkəti Cenevrədən Tbilisi Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib
"EasyJet" aviaşirkəti Cenevrədən Tbilisi Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib

 

“EasyJet” aviaşirkəti “TAV Georgia”nın idarə etdiyi Tbilisi Beynəlxalq Hava Limanında fəaliyyətə başlayıb. Cenevrədən Tbilisiyə ilk reyslə “Airbus A320” artıq gəlib və ilk sərnişinləri də gətirib. Məlumatı “TAV Georgia” yayır.

“TAV Georgia”nın baş direktoru Tea Zakaradzenin qeyd etdiyi kimi, “EasyJet” Tbilisini üç Avropa şəhəri – Cenevrə, Milan və London ilə birbaşa aviareyslərlə əlaqələndirəcək.

“TAV Georgia” ölkənin əsas hava limanından yeni istiqamətlərin inkişafına böyük əhəmiyyət verir. Gürcüstan vətəndaşlarının Tbilisi Beynəlxalq Hava Limanından Avropaya birbaşa uçuşlara çıxışının olması bizim üçün vacibdir. Müvafiq olaraq, “EasyJet”in yeni təyinat yerinin məhz Tbilisi olması çox vacibdir və bu aviaşirkət paytaxtımızı üç Avropa şəhəri – Cenevra, Milan və London ilə birbaşa aviareyslərlə əlaqələndirəcək. Aviareyslər həftədə iki reys tezliyi ilə həyata keçiriləcək. “TAV Georgia”nın komandası sərnişin axınının görünməmiş artımı fonunda yaranmış çağırışlara uyğunlaşmaq və aviaşirkətlərə ən yüksək keyfiyyətli xidmət təklif etmək üçün əlindən gələni edir” – “TAV Georgia”nın baş direktoru Tea Zakaradze bildirib.

“Bu gündən, martın 31-dən Cenevrə-Tbilisi-Cenevrə hava xətti üzrə həftədə iki tezliklə, hər bazar ertəsi və cümə axşamı uçuşlar həyata keçirəcək “EasyJet Switzerland” fəaliyyətə başladı. Aprelin 1-dən “EasyJet UK” Tbilisi-London-Tbilisi hava xətti üzrə, həftədə iki dəfə – hər çərşənbə axşamı və şənbə günü müntəzəm reyslər həyata keçirəcək. Həmçinin, aprelin 1-dən “EasyJet Europe Airline BmbH” hər çərşənbə axşamı və şənbə günü Milan-Tbilisi-Milan hava xətti üzrə reyslər həyata keçirəcək.

“EasyJet” yay naviqasiya mövsümündən etibarən Tbilisi Beynəlxalq Hava Limanının sərnişinlərini Avropa şəhərləri ilə əlaqələndirəcək aviaşirkətlərdən biridir. 2025-ci ildə Şota Rustaveli adına hava limanına səkkiz yeni aviaşirkət qoşulur. Məhz yeni istiqamətlərin inkişafı və aviaşirkətlərlə səmərəli əməkdaşlıq sayəsində, nüfuzlu platforma “Routes Europe 2025″ Tbilisi Beynəlxalq Hava Limanını 5 milyon sərnişinə qədər olan sərnişin axınına malik Avropanın ən yaxşı hava limanlarının beşliyinə daxil edib” – “TAV Georgia”nın yaydığı məlumatda deyilir.