Gürcü dzyudosunun əfsanəsi, olimpiya çempionu, Avropanın üçqat çempionu və bir neçə dəfə dünya mükafatçısı David Xaxaleişvili vəfat etdi.
O, Gürcüstan bayrağı altında Olimpiyadanı qazanan (1992-ci il) ilk gürcü dzyudoçusudur.
David Xaxaleişvilinin ürək problemləri var idi. Ona az öncə Minskdə əməliyyat edildi. Halbuki nə əməliyyat arzu olunan nəticə verdi və nə də həkimlər onu xilas edə bildilər.