Dzyudo Federasiyasının prezidenti istefa etməyi düşünmür
Dzyudo Federasiyasının prezidenti istefa etməyi düşünmür

Heçkəs vəzifədən asılı qalmır, hərşeyin öz vaxtı var, gəlməyin də, getməyin də, – bu barədə bəyanatı Dzyudo Federasiyasının prezidenti David Kevxişvili İcraçı Komitənin iclasında verdi.

O dzydoçuların ittihamlarını əsassız adlandırdı və bəyan etdi ki, ona böhtan atırlar.

“Onların mənə qarşı irəli sürdükləri ittihamlar yalandır. Onlara dəstək olmaq üçün əlimdən gələni edirdim. Məncə, gözləyib, kimin yalan, kimin doğru dediyini müəyyənləşdirmək lazımdır. Məsələ, mənim yanlış hərəkət etduyim tək bir faktı adlandırsınlar” – dedi  Davit Kevxişvili.

Tbilisidə, “Golden Palace” mehmanxanasında, Gürcüstanın Dzyudo Federasiyasının İcraçı komitəsinin iclası keçirildi, hansında bir neçə məsələ və həmçinin, federasiyanın bir neçə üzvünün verdiyi bəyanatlar müzakirə olundu.

Xatırladaq ki, gürcü dzyudoçuların bir hissəsi federasiyanın prezidentinin istefasını tələb edir.