DTX - işğal olunmuş Okona kəndi yaxınlığında həyata keçirilən qanunsuz borderləşdirmə 2021-ci ilin aprelində başlayan qanunsuz prosesin davamıdır
DTX - işğal olunmuş Okona kəndi yaxınlığında həyata keçirilən qanunsuz borderləşdirmə 2021-ci ilin aprelində başlayan qanunsuz prosesin davamıdır

Qremişxevi kəndi yaxınlığında işğal olunmuş ərazilərdə qanunsuz borderləşdirmə 2021-ci ildə başlayan qanunsuz prosesin davamını təşkil edir. Bu barədə Dövlət Təhlükəsizlik Xidmətində bəyan edirlər.

İdarənin məlumatına görə, insidentlərin prevensiyası və onlara münasibət mexanizminin görüşlərində, eləcə də Cenevrədə keçirilən beynəlxalq müzakirələrdə borderləşdirmə faktları müzakirə olunur.

“Qanunsuz üzdəniraq borderləşdirmənin qeyd olunan halı üzrə qaynar xətt aktivləşdirilib və Avropa İttifaqı Monitorinq Missiyası məlumatlandırılıb. Məlumat Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri ilə paylaşılıb. İnsidentlərin prevensiyası və onlara münasibət mexanizminin görüşlərində, eləcə də Cenevrədə keçirilən beynəlxalq müzakirələrdə borderləşdirmə faktları müzakirə olunur.

Qanunsuz üzdəniraq borderləşdirmə prosesi yerli əhalinin gündəlik həyatını çətinləşdirir və təhlükəsizlik mühitinə ziyan vurur, qeyd olunanalara tam məsuliyyəti işğal rejimi daşıyır”, – DTX-də bəyan edirlər.