Milli Şərab Agentliyinin maliyyə dəstəyi və məşhur alman influenser və somelye Toni Askitisin (Toni Askitis) təşkilatçılığı ilə Almaniyanın Düsseldorf şəhərində gürcü şərabının dequstasiyası keçirilib.
Toni Askitis özünün məşhur #Asktoni kanalında şərab sahəsinin yenilikləri və tendensiyalarını paylaşır.
Toni Askitisin şərab barında – “Pelican Fly”da müxtəlif növ gürcü şərabının təqdimatı və eləcə də yerli parkda “Tasting in the park” adlı dequstasiya keçirildi.
Avropada şərabın ən böyük idxalçısı olan Almaniya 2020-ci ildən gürcü şərabının strateji bazarları siyahısına əlavə olundu və ixrac ölkələri onluğunda stabil olaraq yer tutdu.
Gürcü şərabının populyarlaşdırılması və ixrac potensialının artırılması məqsədilə aktiv tanıtım kampaniyası Almaniyada bu il də davam edir. Kampaniya çərçivəsində Almaniyanın müxtəlif şəhərlərində şərabın peşəkarları, şərab ticarəti sahəsinin nümayəndələri və istehlakçılar üçün dequstasiya-seminarlar keçirilir; Gürcü şərabı beynəlxalq sərgilərdə təqdim olunur, məqsədyönlü reklam və media kampaniyaları aparılır; Bundan başqa, media, somelye və satış sahəsinin nümayəndələri üçün Gürcüstanda şərab turları təşkil olunur.
Məlumatı Milli Şərab Agentliyinin mətbuat xidməti yayır.