Duşenne əzələ distrofiyasından əziyyət çəkən uşaqlara məhdud imkanlı şəxs statusu bu diaqnoz qoyulduqdan dərhal sonra veriləcək
Duşenne əzələ distrofiyasından əziyyət çəkən uşaqlara məhdud imkanlı şəxs statusu bu diaqnoz qoyulduqdan dərhal sonra veriləcək

 
Səhiyyə Nazirliyinin məlumatına əsasən, Duşenne əzələ distrofiyasından əziyyət çəkən uşaqlara məhdud imkanlı şəxs statusu bu diaqnoz qoyulduqdan dərhal sonra veriləcək.

Nazirliyin məlumatına əsasən, Səhiyyə Nazirliyi sözügedən sindromdan əziyyət çəkən uşaqların valideynləri, ekspertlər və həkimlərlə fəal ünsiyyət nəticəsində qərar qəbul edib.

“Müvafiq olaraq, dövlət dəstəyinə ehtiyac duyan uşaqlar məhdud imkanlı şəxs statusu olan insanlar üçün nəzərdə tutulmuş xidmət və imtiyazlarla təmin olunacaqlar, bu da müstəqil həyat keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq və onların sosial inteqrasiyasına kömək edəcək. Bu isə öz növbəsində, uşağın xəstəliyin inkişaf tempini maksimal şəkildə azaltmaq imkanını artıracaq.

Məhdud imkanlı 80 uşaq pul müavinəti – sosial paketlə təmin olunacaq. Məhdud imkanlı şəxs statusu olan bir uşaq üçün sosial paketlə müəyyən edilmiş aylıq məbləğ 425 lari təşkil edir.

Sözügedən qərar martın 1-dən qüvvəyə minir.

Duşenne əzələ distrofiyası əzələlərin proqressiv zədələnməsi ilə xarakterizə olunan nadir, genetik xəstəlikdir” – məlumatda qeyd olunub.