Dünyanın ən böyük ABŞ aviadaşıyıcısı “Cerald Ford” Aralıq dənizinə daxil olub
Dünyanın ən böyük ABŞ aviadaşıyıcısı “Cerald Ford” Aralıq dənizinə daxil olub. Bu barədə İsrail mediası məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp ötən həftə Yaxın Şərqə aviadaşıyıcı zərbə qrupunun göndərilməsi barədə göstəriş verib. Tramp İranla bağlı mümkün hərbi tədbirləri nəzərdən keçirir.
Gözlənilir ki, aviadaşıyıcının Yaxın Şərqə çatması və İran əleyhinə mümkün əməliyyatlara hazırlıq görməsi üçün daha bir neçə gün lazım olacaq.