Dünyada son bir gün ərzində koronavirusun 590 mindən artıq yeni halı aşkar edildi
Dünyada son bir gün ərzində koronavirusun 590 mindən artıq yeni halı aşkar edildi

Dünyada son bir gün ərzində koronavirusun 590 mindən artıq yeni halı aşkar edildi. Bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı yayır.

BMT təşkilatının məlumatına görə, son bir gün ərzində koronavirus nəticəsində 8 212 insan vəfat etdi. Yeni halların 42 faizi Şimali və Cənubi Amerika ölkələri payına düşür, ikinci yerdə isə, Avropa qitəsidir.

Pandemiyanın başlamasından sonra, dünyanın 220 ölkəsi və ərazisində koronavirus 53.7 milyondan artıq insanda təsdiq olunub, 1.3 milyonu vəfat edib.

Dünyada virusa yoluxma və qurbanları sayı ilə birinci yerdə ABŞ-dır. Burada virus 10 milyondan artıq insanda təsdiq olundu.