Məlumatı “Voldometr” yayır. Onların məlumatına görə, ümumilikdə virusu 23 milyon 115 min 456 insan dəf edə bildi.
Ən çox sağalma halı ABŞ-dadır. Burada virusdan müalicə olunaraq dörd milyon 299 min 525 insan sağaldı. Hindistanda koronavirusu 4 milyon 497 min 867 insan dəf etdi. Braziliyada üç milyon 887 min 199 pasiyent müalicə olundu.
Ümumilikdə, pandemiya dövründə virusa 31 miyondan artıq insan yoluxdu, 969 mindən artıq insan vəfat etdi.