Con Hopkins Universitetinin göstəriciləri ilə, pandemiyanın başlamasından bu günə qədər, dünyada koronavirusa 44 059 551 insan yoluxub.
Koronavirusun ən çox halı ABŞ-da qeydə alınıb, bundan sonra Hindistan, Braziliya, Rusiya və Türkiyə gəlir. Bu ölkələrda virusa yoluxma halları milyondan artıqdır.
Ölüm hallarına gəldikdə, dünyada virus nəticəsində cəmi 1 168 107 insan vəfat edib.
Ən ağır vəziyyət Amerikada, Braziliyada, Hindistanda və Meksikadadır.
Pandemiyanın başlamasından bu günə qədər, dünyada koronavirusdan müalicə olunaraq 29 832 060 insan sağalıb.