Dünyada yeni koronavirus ilə həlak olanların sayı 75 mini aşdı. Bu barədə məlumatı Con Hopkins adına Universitet yayır.
“COVID-19” virusu nətəcəsində ən çox İtaliya zərər çəkdi. Burada hazırda həlak olanların sayı 16 523-ü təşkil edir. Bu göstərici ilə ikinci yerdə İspaniyadır, burada koronavirusun qurbanı 13 798 insan oldu. 10 993 ölüm halı ilə üçüncü yerdə Amerika Birləşmiş Ştatlarıdır.
Con Hopkins Universiteti “COVID-19” virusuna yoluxanlar və ölənlərin statistikası göstəricilərini 31 dekabrdan qeydə alır.