Dünyada koronavirusa yoluxma hallarının sayı 35 milyonu aşdı. Məlumatı Con Hopkins Universitetinin göstəricilərinə istinad edərək “Qardian” nəşri yayır.
Dünya miqyası ilə virusa yoluxmanın 35 008 447 halı aşkar edilib, o cümlədən 1 034 818 pasiyent vəfat edib.
“COVID-19” virusunun yayılması göstəricisilə, birinci yerdə 7,4 milyon hal ilə ABŞ-dır, ikincidə 6,5 milyon hal ilə Hindistandır, üçüncüdə 4,9 milyon hal ilə Braziliyadır.