Dünyada “Facebook” sosial şəbəkəsinin işində fasilələr yaranıb

15:15, 19.07.2026

Dünyanın müxtəlif ölkələrində, o cümlədən Gürcüstanda sosial şəbəkə istifadəçiləri “Facebook”dan istifadə ilə bağlı problemlə üzləşiblər.
“Hazırda hesabınız saytın texniki problemi səbəbindən əlçatan deyil. Problemin tezliklə həll olunacağını gözləyirik. Zəhmət olmasa, bir neçə dəqiqədən sonra yenidən cəhd edin” – “Facebook”a kompüter vasitəsilə daxil olmaq istəyən istifadəçilərdə belə bildiriş əks olunub.
Onlayn xidmətlərdə yaranan nasazlıqları izləyən Downdetector platformasının məlumatına görə, istifadəçilər tərəfindən qeydə alınan problemlərin 61 faizi veb-sayta girişlə bağlı olub.
“Instagram” istifadəçiləri də platformanın işində yaranan fasilələrlə bağlı məlumat yayıblar.
Şirkət “Meta” məsələ ilə bağlı hələlik açıqlama verməyib.

Oxşar