Dünyada neftin qiyməti son bir ay ərzində qeydə alınan maksimum göstəriciyə çatıb.
“Skynews”un məlumatına əsasən, Brent markalı neftin qiyməti bu gün bir barel üçün 5% artıb və 118.6 dolları keçib.
ABŞ və İsrailin İrana zərbələrindən sonra Brent markalı neftin qiyməti martın 9-da 119.5 dollara çatıb, bu da son bir ayda ən yüksək göstəricisi idi.
Məlumat üçün bildirək ki, Tehran dünya neft tədarükünün təxminən beşdə birinin keçdiyi Hörmüz boğazını bağlayıb. Boğazdan yalnız bir neçə gəmi çıxa bilib.