Dünyada bir barel Brent markalı neftin qiyməti 107 dolları ötüb
Dünya bazarında neftin qiyməti yenidən bahalaşıb. Hazırkı məlumatlara görə, “Brent” markalı neftin bir barelinin qiyməti 107 dolları ötüb. Bu, son 24 saat ərzində neftin qiymətində 3 faizlik artım deməkdir.
Bununla yanaşı, mediada yayılan məlumatlara görə, son bir həftə ərzində “Brent” markalı neftin qiyməti 10 faiz bahalaşıb.
ABŞ bazarında isə neftin bir barelinin qiyməti 2,6 faiz artaraq 102 dollar 68 sent təşkil edib.
Medianın məlumatına görə, neftin bahalaşmasının əsas səbəbi Yaxın Şərqdə davam edən böhrandır. Xüsusilə də son dövrlərdə “Husilər” qruplaşmasının Bab əl-Məndəb boğazında həyata keçirdiyi hücumlar neft bazarına təsir göstərir.
Məlumat üçün qeyd edək ki, neftin qiyməti aprel ayında zirvəyə çataraq bir barel üçün 126 dollara yüksəldi.