Dünya Səhiyyə Təşkilatı üzv ölkələri assambleyada razılaşdılar ki, pandemiyaya dünyanın münasibəti qərəzsiz dəyərləndiriləcək
“COVID-19” pandemiyasına dünyanın münasibəti qərəzsiz, müstəqil və hərtərəfli yol ilə dəyərləndiriləcək.
Bu barədə Dünya Səhiyyə Təşkilatının virtual assambleyasında bu gün təşkilatın 194 üzv ölkəsi razılaşdı.
Müstəqil dəyərləndirmə üçün istintaqın aparılması haqqında qəbul olunan qərar qətnamə ilə təsdiq olunub.
Tədqiqatın aparılması barəsində təklif Avropa İttifaqına məxsusdur.