Dünya Səhiyyə Təşkilatı - pandemiyanın başa çatmasında hələ uzaqdayıq
Dünya Səhiyyə Təşkilatının baş direktoru, Tedros Qebreyesusun dediyinə görə, yeni koronavirusun pandemiyasının başa çatmasına hələ uzaqdır.
“Təşkilatımız Afrikada, şərqi Avropada, Latın Amerikasında və Asiyanın bəzi ölkələrində yeni halların artması ilə narahatdır. Bununla yanaşı, bir çox bölgədə virus nəticəsində həlak olanların bir hissəsi qeydə alınmayıb, çünki bir çox ölkədə testləşdirmənin az imkanı var”, – Tedros Qebreyesus bəyan etdi.
Elə onun dediyinə görə, “COVID-19” virusu ilə mübarizədə qələbə üçün dunya həmrəyliyi vacibdir.
“Birləşməsək virusu dəf edə bilməyəcəyik. Birləşə bilməsək, virus aramızda olan narazılıqlardan istifadə edəcək və daha artıq xaos yaradacaq. Nəticədə bir çox insanın həyatını itirəcəyik”, – Dünya Səhiyyə Təşkilatının baş direktoru bəyan etdi.