Dünya Səhiyyə Təşkilatı - koronavirusa görə, hərəkət və ticarətə məhdudiyyətlərin tədbiqi lazım deyil
Koronavirusa görə, hərəkət və ticarətə məhdudiyyətlərin tədbiqi lazım deyil, – bu barədə Dünya Səhiyyə Təşkilatının baş direktoru, Tedros Adan Qabreysus bəyan etdi.
O, həmçinin bütün ölkələr hökumətlərinə müraciət etdi ki, faktlara əsaslanan qərarlar qəbul etsinlər. Elə onun dediyinə görə, Dünya Səhiyyə Təşkilatı hazırdır ki, virusdan müdafiə üçün lazım olan tədbirlər barəsində rekomdasiyalar versin.
Dünya Səhiyyə Təşkilatının baş direktorunun dediyinə görə, vacibdir ki, koronavirusun Çində dəf edilməsi üçün daha artıq resurs xərclənsin və bu təqdirdə onun Çin hüdüdlarından kənarda sürətlə yayılması baş verməyəcək.
Elə onun dediyinə görə, bu günki göstəricilərlə koronavirus dünyada bu mərhələdə çox az sürətlə yayılır.