Dünya Reqbi təşkilatının prezidenti Bret Robinson Gürcüstanın İctimai Yayımçısını ziyarət edib #1TVSPORT
Dünya Reqbi təşkilatının prezidenti Bret Robinson Gürcüstanın İctimai Yayımçısında qonaq olub. Fəxri qonaq Birinci Kanalın rəhbərliyinin nümayəndələri, Rusudan Mancqaladze və Nodar Cicinadze ilə görüşüb.
Gürcüstanda reqbinin inkişafı və populyarlaşdırılması mövzusuna toxunulub. Bu istiqamətdə ən əsas addımlardan biri ölkəmizdə davam edən, Tbilisi və Kutaisidə iyunun 27-də başlayan və iyulun 18-də başa çatacaq gənclər arasında reqbi üzrə çempionatdır.
Dünya Reqbi təşkilatının prezidenti reqbinin inkişafında medianın rolunu vurğulayıb. Xatırladaq ki, gənclər arasında dünya çempionatının reportajları tam şəkildə Birinci Kanal İdman və Birinci Kanalın sosial mediası vasitəsilə yayımlanır.
Müsahibənin tam versiyasını “Timeout”da izləyə bilərsiniz.