Dünya Patriarxlıq deleqasiyasının üzvləri bu gün İkinci İlya ilə görüşəcəklər

10:47, 30.01.2019
Dünya Patriarxlıq deleqasiyası Gürcüstana səfər etdi. Deleqasiya Fransa mitropoliti Emanuelin rəhbərliyi ilə Gürcüstanın Katolikos Patrixarxı İkinci İlya ilə saat 12:00-da görüşəcək.

Gürcüstan Patrixarxlığının mətbuat xidmətinin verdiyi məlumata əsasən, Dekanoz Andria Cağmaidze bəyan etdi ki, görüşdə söhbər Ukrayna kilsəsinin avtokefaliyasına da toxunacaq.

“Görüşün təşəbbüsçüsü məhz Konstantinopol idi. Düşünmürəm ki, görüş bizim mövqemizi dəyişsin. Ümumiyyətlə detallar daha da konkretləşdikcə və Ukrayna kilsəsi haqda daha çox məlumat yayıldıqca kilsə öz fikrini daha aydın şəkildə bildirir. Ola bilər ki, vaxt keçdikcə dini şəxslərdən kimsə öz fikrini dəyişsin.

Bu görüş qərarverici deyil ki, Sinodun artıq mövcud qərarına təsir göstərsin. Deleqasiya üzvləri səfər edirlər ki, vəziyyəti qiymətləndirsinlər və fikirlər yəqin ki, ikitərəfli səslənəcək”, – Dekanoz Andria Cağmaidze bəyan etdi.

 

Oxşar