Dünya çempionatının seçmə mərhələsində ilk qələbə – Gürcüstan millisinin futbolçuları Bolqarıstanı məğlub etdilər #1TVSPORT
Dünya çempionatının seçmə mərhələsində ilk qələbə – Gürcüstan millisinin futbolçuları Bolqarıstanı məğlub etdilər #1TVSPORT

 

Gürcüstanın futbol üzrə milli komandası dünya çempionatının seçmə mərhələsinin ikinci turunda Bolqarıstanı qəbul etdi və inamlı qələbə qazandı – 3:0.

Gürcüstan – Bolqarıstan 3:0

Qollar: 1:0 Kvaratsxeliya (30), 2:0 Qağanidze (44, Davitaşvilinin ötürməsi ilə), 3:0 Mikautadze.

Gürcüstan: Mamardaşvili, Kakabadze (82. Lominadze), Qoqliçidze, Loçoşvili, Azarovi, N. Qağanidze, Koçoraşvili (77. Mamuçaşvili), Mekvabişvili, Davitaşvili (82. Lobjanidze), Kvaratsxeliya (kap. 77. Quliaşvili), Mikautadze (77. Zivzivadze).

Bolqarıstan: Vutsovi, N. Minkovi (46. Nurbergeri), Dimitrovi, Bojinovi, Nedyalkovi, A. Krayevi (46. Qruevi), Tsenovi, M. Petkovi (80. Şopovi), Malinovi (kap. 67. Çoçevi), Kirilovi, Vl. Nikolovi (67. Kolevi).

Xəbərdarlıqlar: Mekvabişvili (3), Loçoşvili (9), Tsenovi (18), Petkovi (39), Krayevi (45+1), Dimitrovi (53).

Hakim: Qlen Niberg (İsveç).

“Dinamo Arenada” keçirilən görüşdə Villi Sanyol yenidən 4 müdafiəçi ilə oynamağa üstünlük verdi. Amma komandanın kapitanı Quram Kaşia və Giorgi Tsitaishvilini ehtiyatda saxladı, start heyətinə isə Nika Qağanidze və İrakli Azarovini daxil etdi. Müdafiənin mərkəzində Qoqliçidze və Loçoşvili oynadılar. Komandanı meydançağa kapitan sarğısı ilə Xviça Kvaratsxeliya çıxardı.

İlk dəqiqələrdə bolqarlar təhlükəli əks-hücumla hesabı açmağa yaxın idilər – Marin Petkovun baş zərbəsini cəmi bir neçə metrdən Giorgi Mamardaşvili möhtəşəm qurtarışla qaytardı. Tezliklə isə qonaqları öz qapıçısı xilas etdi, sağ cinahdan Otar Kakabadze kəskin hücum edərkən.

“Xaçlılar” üstünlüyü ələ aldılar və 30-cu dəqiqədə hesabı açdılar. Bunu Xviça Kvaratsxeliya fərdi ustalığı ilə bacardı – əvvəlcə müdafiəçinin səhvindən istifadə etdi, sonra isə qapıya zərbə vurdu, qapıçı da inamsız oynadı – 1:0.

43-cü dəqiqədə Mikautadze və Davitaşvilinin sürətli hücumunu Nika Qağanidze tamamladı və millidə debüt qolunu vurdu – 2:0.

İkinci hissədə Gürcüstan millisi böyük üstünlük qazandı, bolqarlar isə sanki məğlubiyyətlə barışdılar. 64-cü dəqiqədə üçüncü qol da gəldi – Giorgi Koçoraşvilinin zərbəsini qapıçı dəf edə bilmədi, topu əlavə zərbə ilə Giorgi Mikautadze qapıya göndərdi və millidə 21-ci qolu ilə tarixdə ən yaxşı bombardir Şota Arveladzedən (26) bir qədər də yaxınlaşdı.

Gürcüstan milli komandası dünya çempionatının seçmə mərhələsində ilk qələbəsini qazandı. İki turdan sonra İspaniya və Türkiyə kimi 3 xalı var və dünya çempionatının final mərhələsinə çıxmaq şansını qoruyur.