Dünya çempionatında seniorlar arasında gürcü şahmatçılar üç medal qazandılar #1TVSPORT
İtaliyanın Qallipoli şəhərində seniorlar arasında dünya şahmat çempionatı başa çatdı. Turnir iki yaş kateqoriyasında (+50 və +65) keçirildi və 64 ölkədən 458 şahmatçı iştirak etdi.
Turnir İsveçrə sistemi ilə 11 turdan ibarət oldu. Dünya çempionatında gürcü şahmatçıları uğurla çıxış edərək üç medal qazandılar.
+50 yaş kateqoriyasında Mixeil Kekelidze 11 turdan 9 xal toplayaraq ikinci yeri tutdu.
+65 yaş kateqoriyasında Zurab Sturua 8.5 xalla I–VI yerləri bölüşdü, lakin əlavə göstəricilərə görə rəqiblərini qabaqlayaraq gümüş medalın sahibi oldu.
+65 yaş kateqoriyasında qadınlar arasında isə əfsanəvi Nona Gaprindaşvili 11 turdan 7.5 xal toplayaraq bürünc medala sahib çıxdı.
Digər gürcü iştirakçıların nəticələri belədir:
+50 yaş kateqoriyası, qadınlar:
+50 yaş kateqoriyası, kişilər: