Dünya bazarında neftin qiyməti ucuzlaşıb və bir barelin qiyməti 85 ABŞ dollarına düşüb

12:48, 26.08.2026

Dünya bazarında neftin qiyməti təxminən 4% ucuzlaşıb. Brent markalı neftin bir barelinin qiyməti 85 ABŞ dolları təşkil edib.
ABŞ-ın xam neftinin qiymətində də eniş qeydə alınıb. Son saatlarda bir barelin qiyməti 80,07 ABŞ dolları olub və əvvəlki günün göstəricisindən 2,3% aşağı düşüb.

Qeyd edək ki, dünya bazarında neftin qiymətinin azalması İran və Oman arasında Hörmüz boğazında müvəqqəti dəniz dəhlizinin yaradılması ilə bağlı danışıqların bərpasından sonra müşahidə olunur. Bu danışıqlar boğazın açılması və neft tədarükündə yaranan məhdudiyyətlərin aradan qalacağı ilə bağlı ümidləri artırıb.

Oxşar